Fransanın “Le Figaro” nəşri cari mövsümün ən sürətli qaçan 3 futbolçusunun adını açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Paris Sen-Jermen” klubunun hücumçusu Kilian Mbappe siyahıda birincidir. Fransız hücumçu cari mövsümün qarşılaşmalarının birində saatda 36 kilometr sürətlə qaçıb.
İspaniyanın “Atletik” komandasının futbolçusu İnyaki Uilyams (35,7 km/saat) ikinci, İngiltərənin “Arsenal” klubunun hücumçusu Pyer-Emerik Obameyanq (35,5 km/saat) isə üçüncü sırada qərarlaşıb.