İyunun 24-də “Rusiya 2018”in on birinci günündə “G” qrupunda yer alan İngiltərə və Panama milliləri arasında qarşılaşmaya start verilib.
NUHÇIXAN xəbər verir ki, “Nijniy Novqorod Arena”da keçirilən görüşdə oyunun favoriti sayılan İngiltərə millisi hesabı açıb. Kiran Trepyerin künc zərbəsini Con Stounz dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:0. Qarşılaşmanın 22-ci dəqiqəsində Panama millisinin müdafiəçiləri cərimə meydançasında Cesi Linqarda qarşı kobud oynayıb. Hakim panamalıların qapısına 11 metirlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Hari Keyn fürsəti əldən verməyib – 2:0. Matçın 36-cı dəqiqəsində ingilislərin heyətində ən gənc oyunçularından olan Cesi Linqard uzaq məsafədən baxımlı qola imza atıb – 3:0. Bu hesabla razı olmayan İngiltərə yığması 40-cı dəqiqədə rəqib komandanı bir daha meydanın mərkəzinə dəvət edib. Con Stounz dublunu rəsmiləşdirib – 4:0.
Lakin bu qolda oyunda sonuncu olmayıb. Birinci hissəyə əlavə olunmuş birinci dəqiqədə misirli referi Qrişa Gehad yenidən Panama millisinin qapısına 11 metirlik cərimə zərbəsini təyin edib. Komandanın kapitanı Hari Keyn özünün ikinci yığmasının beşinci qolunu vurub – 5:0.
Qeyd edək, sonuncu dəfə birinci hissədə dörd qol 2014-ci ildə Braziliyada təşkil olunan mundialın yarımfinal mərhələsində mübarizə aparan Almaniya və Braziliya oyununda qeydə alınmışdı (5:0).
Beləliklə, komandalar fasiləyə İngiltərə millisinin böyük üstünlüyü ilə yolanıblar.
Qarşılaşmanın ikinci hissəsində yenə üstün oyun nümayiş etdirən İngiltərə yığması 62-ci dəqiqədə yenidən fərqlənib. Hari Keyn adını tabloya yazdırıb – 6:0. Bu Keynin dünya çempionatında vurduğu beşinci qol olub. Mundialın iki turundan sonra Kriştiano Ronaldo və Romelu Lukakunu aktivlərində dörd qol var. Oyunun 77-ci dəqiqəsində panamalılar qollardan birinin əvəzin çıxıb. Rikardo Avilanın ötürməsindən sonra Felip Baloy Panama millisinin təsəlli qolun vurub – 6:1. Bu qol oyunda sonuncu olub.
Beləliklə, İngiltərə millisi Panama yığmasın 6:1 hesabı ilə məğlub edib.