Çinli şahmatçı onlayn superturnirdə liderliyi ələ alıb

A- A A+

Aprelin 18-də hazırki dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə start götürmüş onlayn superturnirin birinci gününün oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, birinci gün Maqnus Karlsen və amerikalı şahmatçı Hikaru Nakamura qarşılaşması heç-heçə başa çatdığından oyunun taleyini “armagedon” həll edib. M.Karlsen bu mərhələdə amerikalı şahmatçıdan üstün olub (3:2). Çinli Liren Dinq ilə FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca qarşılaşması isə L.Dinqin qələbəsi ilə başa çatıb (2,5:1,5).

Yekun nəticəyə görə L.Dinq 3 xalla turnir cədvəlində birincidir. M.Karlsenin 2, H.Nakamuranın 1 xalı var. Ə.Firuzcanın isə hələlik xalı yoxdur.

Turnirin mükafat fondu 250 min dollardır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: