Naxçıvanda “Yay məktəbi”nə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası yanında Bilik Fondunun təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdlərinin, ali və orta ixtisas təhsili müəsisələrinin tələbələrinin, sağlamlıq imkanları məhdud uşaqların, idman federasiyası üzvlərinin və aztəminatlı ailələrin uşaqlarının Ağbulaq İstirahət Mərkəzində təşkil ediləcək "Yay məktəbi" nə iştirakı nəzərədə tutulub. Bu tədbirlərin davamı olaraq 23-26 iyun 2018-ci il tarixlərində Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində tədris ili ərzində sınaq imtahanlarında yüksək nəticə göstərən, Respublika fənn olimpiadalarında qalib gələn, eyni zamanda məktəbin ictimai işlərində fəal iştirak edən 45 nəfər şagirdin Ağbulaq İstirahət Mərkəzinə yola salınması prosesi həyata keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Həmkarlar İttifaqları Şurasının əməkdaşları iştirak edib, sagirdlərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlərdən bəhs edib, onlara yaxşı iştirahətlər  arzulayıblar.

“Yay məktəbi”ndə şagirdlərə müxtəlif mövzularda mühazirələr dinləniləcək, diskussiyalar aparılacaq, konsert proqramları təşkil ediləcək, vətənpərvərlik mövzusunda filmlər nümayiş olunacaq, gəzintilər, dağ yürüşləri, idman yarışları və intellektual oyunlar keçiriləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: