Bu gün DÇ-2018-də son turun ilk 4 oyunu keçiriləcək

A- A A+

Futbol üzrə dünya çempionatında bu gün III turun ilk 4 oyunu keçiriləcək.

NUHÇIXAN-ın məlumatına görə, görüşlər A və B qruplarını əhatə edəcək.

Bu turdan etibarən hər qrupun matçları eyni saatda start götürəcək.

A qrupunda diqqətlər artıq 1/8 finala vəsiqəni təmin etmiş Uruqvay və Rusiya yığmaları arasındakı oyuna yönələcək. Hər iki komandanın 6 xalı olduğundan, bu matç qrup liderliyi baxımından əhəmiyyət kəsb edəcək. Vurulan və buraxılan topların fərqində daha üstün olan Rusiyaya heç-heçə də yetərli olacaq. Uruqvay isə 1-ci yeri tutmaq üçün mütləq qalib gəlməlidir.

Qrupun digər oyununda Səudiyyə Ərəbistanı ilə Misir yığmaları üz-üzə gələcək. Hər iki yığma ilk iki turda məğlubiyyətlə üzləşib. Qrupda 3-cü yeri tutmaq üçün Səudiyyə Ərəbistanı mütləq qələbə qazanmalıdır. Əks halda, bu pillə daha az top buraxan Misirə qismət olacaq.

B qrupunda isə hələ sahiblərini arayan ilk 2 yer uğrunda mübarizə 3 yığma arasında gedəcək. Hazırda qrupa hərəyə 4 xala malik İspaniya və Portuqaliya yığmaları rəhbərlik edir. 3 xala malik İran Portuqaliya ilə görüşdə mütləq qələbə qazanmalıdır. Əks halda, İspaniya - Mərakeş görüşü formal xarakter daşıyacaq və 1/8 finala elə prineylilər yüksələcəklər.

Portuqaliya yığmasının DÇ-2018-dəki bütün 4 qolunun müəllifi Kriştianu Ronaldu olub. Lakin hazırda bombardirlər siyahısına İngiltərə millisinin hücumçusu Harri Keyn 5 qolla başçılıq edir. Ronaldu liderliyi özünə qaytarmaq üçün yenə qol vurmağa çalışacaq. Elə 3 qolu olan ispaniyalı Dieqo Kosta da qrup sonuncusu olacağı dəqiqləşən xalsız Mərakeşlə görüşdə qollarını sıralamaq fürsətindən yararlanacaq.

DÇ-2018, III tur, A qrupu

25 iyun

18:00. Uruqvay - Rusiya

Hakimlər: Malanq Didhyu, Cibril Kamara, El Haci Kamara (hamısı Seneqal), Bamlak Tessema Veyeza (Efiopiya), Hasan Əlməhri (BƏƏ)

Samara, "Samara Arena"

18:00. Səudiyyə Ərəbistanı - Misir

Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika), Hiroşi Yamauçi (Yaponiya)

Volqoqrad, "Volqoqrad Arena"

B qrupu

22:00. İran - Portuqaliya

Hakimlər: Enrike Kaseres, Eduardo Kardozo, Xuan Zorrilya (hamısı Paraqvay), Mehdi Abid Şaref (Əlcəzair), Anvar Hmila (Tunis)

Saransk, "Mordoviya Arena"

22:00. İspaniya - Mərakeş

Hakimlər: Ravşan İrmatov, Abduxamidullo Rasulov, Jaxongir Saidov (hamısı Özbəkistan), Məhəmməd Abdulla Məhəmməd, Məhəmməd Əlhəmmədi (hər ikisi BƏƏ)

Kalininqrad, "Kalininqrad" stadionu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: