Türkiyənin "Beşiktaş" futbol klubu məşqləri bərpa edib.
NUHÇIXAN İnformasiya Agentliyi "NTV Spor"a istinadla xəbər verir ki, ötən gün komandanın 5 futbolçusu "Nevzat Demir" bazasında məşq edib. Bunlar Burak Yılmaz, Domoqoy Vida, Adem Lyayiç, Umut Nayır və Utku Yuvakurandır.
Bugünkü məşqdə isə Gökhan Gönül, Caner Erkin, Güven Yalçın, Necip Uysal, Tayler Boyd, Atiba Hatçinson və gənc qapıçı Ersin Destanoğlu iştirak edib.
Bununla da, "Beşiktaş" koronavirus pandemiyasının yayılmasından sonra Türkiyədə məşqləri bərpa edən ilk klub olub.
Aprelin 23-dən 26-na qədər Türkiyədə komendant saatı tətbiq olunacağından "Beşiktaş"ın futbolçuları məcburiyyətdən məşqləri evdə davam etdirəcəklər.