Mayın 5-dən 10-dək 6 komandanın iştirakı ilə Millətlər Kuboku təşkil ediləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında məlumat verilib. FIDE və Chess.com saytının təşkilatçılığı ilə keçiriləcək yarışda Rusiya, ABŞ, Avropa, Çin, Hindistanın komandaları və digər ölkələri təmsil edəcək yığma mübarizə aparacaq. Yarışda Azərbaycan şahmatçısının iştirakı da gözlənilir. Təmsilçimiz Avropa və ya dünya yığmasının heyətində yer alacaq. Hər komanda 4 (onlardan biri qadın şahmatçı olmalıdır) şahmatçı ilə təmsil olunacaq.
Turnirin mükafat fondu 180 000 ABŞ dollarıdır.
Aprelin 22-də komandaların dəqiq tərkibi təsdiqlənəcək.