“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında keçirilən onlayn Qran-Pri turnirinin finalçıları müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, seçmə mərhələlərinin yekun nəticələrinə görə, ən yüksək Qran-Pri balı yığan 15 şahmatçı - Namiq Verdiyev, Şiroğlan Talıbov, Tunar Davudov, Elmar Atakişiyev, Elçin Şəkərəliyev, Atilla Eynullayev, Emil Mehrəliyev, Süleyman Süleymanlı, Ümid Aslanov, Uğur İlyaslı, Fərid Orucov, Kanlı Alperen, Altay Eynullayev, Rüstəm Rüstəmov, Mələk İsmayıl finala vəsiqə qazanıblar. Təşkilatçı tərəfindən birbaşa finala vəsiqə verilən Aydın Süleymanlı da turnirin finalında mübarizə aparacaq.
Aprelin 26-da baş tutacaq final oyunları olimpiya sistemi (uduzan çıxır) üzrə keçiriləcək.