İngiltərənin “Çelsi” futbol klubu hücumçusu Olivye Jiru ilə müqaviləni uzadıb.
NUHÇIXAN İnformasiya Agentliyi İngiltərə mətbuatına istinadla xəbər verir ki, 33 yaşlı fransalı hücumçu yeni müqaviləsi əsasında 2021-ci ilin yayınadək komandasının şərəfini qoruyacaq. Klubun bunu tezliklə rəsmən açıqlayacağı bildirilib. Hücumçunun müqaviləsi cari ilin iyununadək qüvvədə idi.
Qeyd edək ki, O.Jiru 2018-ci ildən London klubunda oynayır. O, cari mövsümdə Premyer Liqada keçirdiyi 9 oyunda 2 qol vurub.