Azərbaycan yığması Türkiyə komandasını məğlub edib

A- A A+

Azərbaycan şahmatçılarının iştirakı ilə Azərbaycan – Türkiyə onlayn matçı baş tutub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyinin və SOCAR-Türkiyənin dəstəyi ilə keçirilən yarışda hər iki tərəfi Azərbaycan şahmatçıları təmsil ediblər. Azərbaycan komandasının tərkibində Rauf Məmmədov, Vasif Durarbəyli, Azər Mirzəyev, Ürfan Sevdimalıyev, Səbinə İbrahimova və Zaur Süleymanov çıxış ediblər. Türkiyə komandasında isə Vüqar Rəsulov, Misrəddin İsgəndərov, Cəmil Ağamalıyev, Zaur Məmmədov, Nərmin Məmmədova ilə yanaşı, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim də yer alıb.

On iki turluq mübarizədə Azərbaycan komandası 6 dəfə qələbə qazanıb, 5 dəfə məğlub olub və 1 turu heç-heçə başa vurub. Beləliklə, ümumi xal hesabında Azərbaycan komandası 38,5:33,5 xalla qalib olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: