İqor Akinfeyev Avropanın ən sadiq futbolçusu seçilib

A- A A+

Transfermarkt saytı Avropanın on böyük liqasında klubuna ən sadiq futbolçuların siyahısını hazırlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, saytın "Instagram" hesabında yayımlanan siyahının birinci pilləsində Rusiyanın SSKA futbol klubunun qapıçısı İqor Akinfeyev qərarlaşıb. 34 yaşlı qolkiper 17 il 3 ay 23 gündür Rusiya klubunun formasını geyinir. Fransanın "Sent-Etyen" klubunun müdafiəçisi Loik Perren ikinci, İspaniyanın "Barselona" komandasının hücumçusu Lionel Messi isə üçüncü olub. Dördüncü və beşinci yerləri isə müvafiq olaraq Françesko Manyanelli ("Sassuolo") və Corco Kyellini ("Yuventus") tamamlayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: