Avropa çempionatında iştirak etmək üçün 20 şahmatçımız qeydiyyatdan keçib

A- A A+

Mayın 16-dan 31-dək Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə onlayn Avropa çempionatı keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qitə çempionatında iştirak etmək üçün indiyədək Azərbaycanın 20 şahmatçısı qeydiyyatdan keçib. Onların sırasında tanınmış şahmatçılarımız Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla və başqaları yer alıb.

Yarışda iştirak etmək istəyən şahmatçıların fərdi qaydada qeydiyyatı davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: