İstanbulun “Beşiktaş” futbol klubu Bolqarıstanın ÇSKA klubunun yarımmüdafiəçisi Edvin Qiasini transfer edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sofiya təmsilçisi ilə cari mövsümün sonunda müqaviləsi başa çatacaq qanalı futbolçu İstanbul klubuna keçəcək. “Ghana Soccer” nəşri isə 28 yaşlı futbolçunun “Beşiktaş”la 2 illik razılığa gəldiyini yazıb.
Qeyd edək ki, Qana millisinin üzvü 2018-ci ildə Norveçin “Olesun” klubundan ÇSKA-ya keçib.