FIFA Rusiyada keçirilən XXI dünya çempionatının ikinci turunda Almaniya-İsveçlə oyundan sonra baş verən insidentə görə, almanların iki nümayəndəsinə qarşı intizam işi açıb.
NUHÇIXAN xəbər verir ki, bunlar yığmanın meneceri Qeorq Bexlau və mətbuat katibi Ulrix Foyqtdur. Adıçəkilən şəxslər Almaniya millisinin son dəqiqədə vurduğu qələbə qolundan sonra İsveçin ehtiyat oyunçular skamyasına tərəf qaçaraq qarşı tərəfə yumruq göstərib, əl çalıb və digər qıcıqlandırıcı hərəkətlər edib. Nəticədə tərəflər arasında toqquşma baş verib.
Qeyd edək ki, daha sonra Almaniya Futbol Federasiyası, eləcə də Bexlau və Foyqt bu hərəkətdən sonra öz şəxsi “Twitter” səhifələrində üzr istəyiblər.