Aprelin 27-də onlayn şahmat turnirində beşinci turun növbəti iki görüşü keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun son oyunlarında amerikalı şahmatçı Fabiano Karuana həmyerlisi Hikaru Nakamura, rusiyalı Yan Nepomnyaşi çinli Liren Dinq ilə üz-üzə gələcəklər.
Hazırda dünya çempionu Maqnus Karlsen 11 xalla turnir cədvəlinin lideridir. H.Nakamuranın 10, F.Karuana və L.Dinqin 8, fransalı Maksim Vaşe-Laqrav və Y.Nepomnyaşinin 5, niderlandlı Aniş Girinin 4, FIDE təmsilçisi Əlirza Firuzcanın 3 xalı var.