“Napoli”nin hücumçusu Dris Mertens karyerasını “Çelsi”də davam etdirə bilər.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, baş məşqçi Frenk Lempard bununla bağlı hər gün belçikalı futbolçuya zəng edir.
Bildirilir ki, Mertens əvvəlcə Neapolu tərk etmək istəməsə də, indi fikrini dəyişib.
Görünən odur ki, “Zadəganlar” yenə də belçikalı futbolçudan əl çəkmək fikrində deyil.