Avropa çempionatında Azərbaycanın 30 şahmatçısı iştirakını təsdiqləyib

A- A A+

Mayın 16-dan 31-dək Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə keçiriləcək onlayn Avropa çempionatında iştirak etmək üçün 49 ölkədən 1000-dən çox şahmatçı qeydiyyatdan keçib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qitə çempionatında indiyədək Azərbaycanın 30 şahmatçısı iştirakını təsdiqləyib. Onların sırasında tanınmış şahmatçılarımız Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla, Vüqar Əsgərov və başqaları yer alıb.

Son qeydiyyat müddəti mayın 14-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: