Maurisio Poçettino “Nyukasl”ı çalışdıra bilər

A- A A+

İngiltərənin “Nyukasl” futbol klubu baş məşqçi axtarışlarına başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas namizədi Maurisio Poçettinodur. Daha əvvəl argentinalı mütəxəssisin komandaya rəhbərlik etməyə hazır olduğu bildirilmişdi. 48 yaşlı mütəxəssis ötən ilin noyabrınadək “Tottenhem” klubunu çalışdırıb.

“Nyukasl”ın Poçettino ilə danışıqları baş tutmayacağı təqdirdə isə komandanın keçmiş baş məşqçisi Rafael Benitesə təklif göndərəcəyi qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: