“Marca” nəşri onbirmetrlik cərimə zərbəsini ən düzgün yerinə yetirən futbolçuların siyahısını dərc edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, siyahının birinci pilləsində İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Eden Hazard qərarlaşıb. Belçikalı futbolçu karyerası ərzində 49 dəfə 11 metrlik cərimə zərbəsi vurub və yalnız onun 7-ni qeyri-dəqiq yerinə yetirib. “Real”ın digər hücumçusu Kərim Benzema 2-ci, “Yuventus”un portuqaliyalı futbolçusu Kriştiano Ronaldo 3-cü olub.