Gənclər arasında “Kim? Nə? Hara?” intelektual oyunu keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oyun Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Onlayn şəkildə keçirilən oyunun məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zehni inkişafının, dünyagörüşünün formalaşdırılması, intellektual səviyyələrinin yüksəldilməsidir.
Oyun 8 raunddan ibarət olub, hər raundda müxtəlif mövzularda 3 sual səsləndirilib. Sonda suallardan daha çoxuna düzgün cavab verən gənclər qalib olub. Belə ki, Güllü İbrahimova daha çox xal nominalı toplayaraq oyunun qalibi adını qazanıb. Əli Əliyev və Zeynəb İsmayılova isə müvafiq olaraq ikinçi və üçüncü yerin sahibi olublar.