“Barselona” Avropada ən çox ötürmə verən komanda olub

A- A A+

“Transfermarkt” saytı “Instagram” hesabında 2019-2020-ci il mövsümündə Avropada ən çox ötürmə verən komandaların adlarını açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, siyahının birinci pilləsində İspaniyanın “Barselona” klubu qərarlaşıb. Kataloniya təmsilçisinin futbolçuları ortalama hər matçda 684 ötürmə verib. İkinci yerdə İngiltərənin “Mançester Siti” (676) komandası, üçüncü sırada isə Almaniyanın “Bavariya” klubu yer alıb (673).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: