“Mançester Siti” ən bahalı heyətə malikdir

A- A A+

“Transfermarkt” saytı koronavirus pandemiyasına görə futbolçuların qiymətlərinin düşməsindən sonra dünyanın ən bahalı heyətə sahib olan klublarının yeni reytinqini dərc edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, siyahıya İngiltərənin “Mançester Siti” komandası başçılıq edib. Mançester təmsilçisinin heyətinin dəyəri 1 milyard avrodan çox olan yeganə klubdur. İkinci pillədə “Liverpul”, üçüncü pillədə isə “Real Madrid” yer alıb. Siyahıda dördüncü və beşinci yerlərdə müvafiq olaraq “Barselona” və “Paris Sen-Jermen” komandaları qərarlaşıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: