"Yuventus" "Barselona" ilə transfer danışıqları aparır

A- A A+

"Yuventus” “Barselona” ilə mümkün transferlər haqqında danışıqlar aparır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Yuventus"un idman direktoru Fabio Paratiçi bildirib. 

"Futbolçular, məsələn, Pyaniç və Aturun mübadiləsi haqqında şayiələr var. Biz həmişə başqa gözəl klublarla olduğu kimi bir-birimizlə danışırıq. Həmçinin indi gələcəkdə nəyin olacağını müzakirə edirik, amma indi çat rejimindəyik", - Paratiçi “Sky Sport Italia”ya bildirib.

Qeyd edək ki, daha əvvəl klubların transferlər barədə danışıqlar aparması haqqında məlumatlar yayılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: