Bu gün şahmat üzrə onlayn Millətlər Kubokuna start veriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da yer aldığı dünya yığması birinci raundda Çin komandası ilə üz-üzə gələcək. Dünya yığmasının heyətində T.Rəcəbovdan başqa, FIDE-ni təmsil edən iranlı Əlirza Firuzca, misirli Bassem Amin, ukraynalı Mariya Muzıçuk, eləcə də ehtiyat oyunçular perulu Xorxe Kori və qazaxıstanlı Dinara Saduakassova təmsil olunurlar. Yığmanın kapitanı isə FIDE prezidenti Arkadi Dvorkoviç olacaq.
Digər qarşılaşmalarda Avropa Rusiya, Hindistan ABŞ yığmaları ilə mübarizə aparacaqlar. İkinci raundda dünya yığması Hindistan, Rusiya ABŞ, Avropa Çin komandalarının qarşılaşmaları keçiriləcək.
Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.