Onlayn qaydada keçirilən şahmat üzrə Millətlər Kubokunda mayın 6-da üçüncü və dördüncü turların görüşləri keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da qatıldığı dünya yığması üçüncü turda ABŞ komandası ilə mübarizə aparacaq. Bu mərhələdə Rusiya komandası Çin, Avropa yığması Hindistan şahmatçıları ilə üz-üzə gələcəklər.
Dördüncü turda dünya komandası Rusiya yığması ilə qarşılaşacaq. Bu turun digər oyunlarında Hindistan təmsilçiləri Çin, Avropa yığması isə ABŞ şahmatçılarını sınağa çəkəcək.
Qeyd edək ki, dünya yığması birinci turda Çin yığmasına 1:3 hesabı ilə məğlub olsa da, ikinci turda Hindistan komandası üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.