Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqasının bərpa tarixi müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, oyunların başlayacağı vaxtı "A Spor" telekanalının müxbiri Turqay Demir canlı yayımda açıqlayıb.
O bildirib ki, çempionat matçları iyunun 12-dən etibarən start götürəcək və normal təqvimlə keçiriləcək.
Telejurnalistin sözlərinə görə, Superliqanın bərpası mümkün olmasa, mövsüm ləğv olunacaq.
Rəsmi qərarı az sonra Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir mətbuat konfransında açıqlayacaq.
T.Demir II və III liqalarda isə mövsümün vaxtından əvvəl başa çatdırılacağını açıqlayıb.