FIFA20 Milli Liqasında ilk dövrədən sonra 48 saatlıq transfer pəncərəsi baş tutub

A- A A+

Azərbaycanın ilk peşəkar FIFA20 liqası tam sürətlə davam edir. “Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də “Topaz”ın birgə təşkil etdiyi çempionatda mövsümün ilk dövrəsinə yekun vurulduqdan sonra bütün böyük idman liqalarında olduğu kimi transfer pəncərəsi həyata keçirilib.

Federasiyadan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, tam olaraq 48 saat davam edən keçid aralığında rəqiblərinə nisbətən zəif təsir bağışlayan və turnir cədvəlinin aşağı pillələrində yer alan beş komandada oyunçu dəyişiklikləri baş tutub. Sondan ikinci sırada qərarlaşan “Shabran Carpets” klubunu təmsil edən Məsut Qulubəyli, Suleyman Quluzadə ilə əvəzlənib. İlk 19 tur ərzində İbrahim Cəfərovun rəhbərliyi ilə cəmi 13 xal qazanmağa nail olan “QazakhAshiqs” kollektivinin sükanı Vahid Əfəndiyevə tapşırılıb. Mövsümün birinci yarısını uğursuz keçirən komandalardan biri – “Lankaran Heroes” da yeni kiberidmançı Fərhad Ağayevə həvalə edilib. Oynadığı 19 matçın nəticəsində 12-ci pilləyə qədər irəliləməyi bacaran “Quba Tigers” bundan sonra Ramiz Cəfərovun sərəncamındadır. Liqadan ayrılan daha bir iştirakçı isə Vüsal Ağayevdir. “Khizi Mountains” kollektivi ilə vidalaşan kiberidmançını digər FIFA20 oyunçusu Anar Bədəlov əvəz edəcək.

Liqanın bütün təşkilatçı qurumları həm yarışa yeni qoşulan, həm də ilk turdan mübarizə aparan oyunçulara bol şans və sağlam mübarizə arzulayır. FIFA20 Milli Liqasının növbəti turları mayın 6-7-də keçiriləcək. Futbol həvəskarları liqa matçlarını oyun günləri saat 11:00-dan 21:00-dək “Gaming League Azerbaijan”ın rəsmi “Twitch” kanalında - https://www.twitch.tv/glahub  “İdman” TV-nin şərhçilərinin təqdimatında izləyə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: