"Rusiya 2018": Portuqaliya və İspaniya səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb

A- A A+

İyunun 25-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının "B" qrupunun sonuncu turunun oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, on ikinci günün sonuncu oyununda meydana “B” qrupunda yer alan İran və Portuqaliya komandaları çıxıblar. İranlılar sonuncu dəqiqədə vurduqları qolla məğlubiyyətdən xilas ola biliblər - 1:1.

Bu qrupdakı digər oyun səkkizdəbir finala çıxmaq şansını itirən Mərakeş və İspaniya komandaları arasında keçirilib. Görüş 2:2 hesabı ilə başa çatıb. Bu nəticəyə baxmayaraq, İspaniya millisi qrup birincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, mundialın səkkizdəbir final mərhələsində İspaniya Rusiya ilə, Portuqaliya millisi isə Uruqvay yığması ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: