UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klubların hesabına maliyyə vəsaiti köçürüb.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA Millətlər Liqasının 2018-2019-cu il mövsümündə və Avropa çempionatının seçmə mərhələsində futbolçuları A milli komandaların heyətinə cəlb olunmuş klublara UEFA tərəfindən yardım ayrılıb. Azərbaycan klublarına ümumilikdə 1 milyon 137 min 773 avro məbləğində vəsait ödənilib. Klublarımızdan “Qarabağ”a 436 min 696, “Neftçi”yə 210 min 117, “Səbail”ə 172 min 144, “Sabah”a 88 min 895, “Qəbələ”yə 80 min 514, “Sumqayıt”a 64 min 651, “Zirə”yə 47 min 870, “Keşlə”yə isə 36 min 881 avro ödənilib. Həmin vəsait AFFA-nın vasitəsilə klubların hesabına yatırılıb.
Qeyd edək ki, “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.