“Milan” Memfis Depayın transferi üçün 20 milyon avro ödəməyə hazırdır

A- A A+

İtaliyanın “Milan” klubunun rəhbərliyi Fransanın “Lion” komandasının hücumçusu Memfis Depayı transfer etmək niyyətindədir.

NUHÇIXAN İnformasiya Agentliyi “Gazeta.ru” saytına istinadla xəbər verir ki, “rossonierilər” niderlandlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq istəyirlər və bu keçidlə bağlı yaxın günlərdə “Lion” ilə danışıqlara başlayacaqlar.

Mənbənin bildirdiyinə görə, “Milan” klubunun rəhbərliyi 26 yaşlı futbolçu üçün 20 milyon avro ödəməyə hazırdır.

Memfis Depayın “Lion” ilə hazırkı müqaviləsi 2021-ci ilin yayınadək qüvvədədir. Cari mövsümdə 18 oyunda meydana çıxan futbolçu 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: