Miroslav Kloze “Bavariya”nın baş məşqçisi Hans Flikin köməkçisi təyin olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 41 yaşlı mütəxəssislə 2021-ci ilin iyununadək müqavilə imzalanıb.
Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü Kloze bundan əvvəl “Bavariya”nın U-17 komandasında işləyib.