Birinci MDB Oyunlarının loqotipi və talismanı təsdiqlənib

A- A A+

Rusiya Federasiyasının İdman Nazirliyi Birinci MDB Oyunlarının loqotipini və talismanını təsdiq edib.

Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, yarışların loqotipi Simurq quşu, talismanı isə bəbir olacaq. Oyunların bu il avqustun 20-27-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilməsi planlaşdırılır. Yarışlarda 11 ölkədən 14-23 yaşlarında 3,5 minə yaxın idmançının iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Birinci MDB Oyunlarının keçirilməsi ideyası MDB Dövlət Başçıları Şurasının 2018-ci ildə Tacikistanda keçirilmiş iclasında təsdiqlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: