Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr edilmiş onlayn turnir keçiriləcək

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 10-da saat 21:00-da şahmatçılar arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr edilmiş Azərbaycan Türkiyə Dostluq Görüşü baş tutacaq.

Blitz turniri Naxçıvan Şahmat Federasiyasının, Mersinin Modern Şahmat Kulubunun, Antalyanın Çallı Spor şahmat klubunun, Konyaaltı Olbia Şahmat klubunun, Bakının Zirə Eko Park Şahmat klubunun, Grand Master Şahmat Klubunun, İstanbulun Galaksi Şahmat klubunun, Ankaranın DSİ Gənclik və İdman dərnəyinin və Hatayın Şah Şahmat Klubunun şahmatçıları arasında Lichess portalında  keçiriləcəkdir.

Turnirdə iştirak etmək üçün link: 

https://lichess.org/tournament/SXyuqWe6 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: