Naxçıvan Qarnizonunda hərbi beşnövçülük üzrə yarışlar keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Qarnizonunda hərbi beşnövçülük üzrə yarışlar keçirilib. Yarışlarda Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları fərqləniblər.

Hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, güclü komandaların tərkibinin müəyyən edilməsi məqsədi ilə keçirilən birincilikdə 15 komandadan 90 idmançı mübarizə aparıb.

İdmançı  hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, 200 metr məsafəyə avtomatdan atəş açma, uzaqlığa və dəqiqliyə qumbaraatma,
8 km məsafəyə kross qaçışı və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.

Ümumi nəticələrə əsasən komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları, 3-cü yerdə isə motoatıcılar qərarlaşıb.

Birinciliyin nəticələrinə əsasən ilk üçlükdə qərarlaşan komanda və hərbi qulluqçulara Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman, diplom və kuboklar təqdim edilib.

 

Nəriman Nəcəfov

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: