Naxçıvan Şahmat Federasiyasının təşkilatçılığı ilə şahmat üzrə Azərbaycan-Türkiyə Dostluq Görüşü keçirilib
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şahmat Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr edilmiş şahmat üzrə Azərbaycan-Türkiyə onlayn Dostluq Görüşü keçirilib.
Blitz turniri Naxçıvan Şahmat Federasiyası, Mersinin Modern Şahmat Kulubu, Antalyanın Çallı İdman-şahmat klubu, Konyaaltı Olbia Şahmat klubu, Bakının Zirə Eko Park Şahmat klubu, Grand Master Şahmat Klubu, İstanbulun Galaksi Şahmat klubu, Ankaranın Gənclik və İdman dərnəyinin və Hatayın Şah Şahmat Klubunun şahmatçıları arasında Lichess portalında keçirilib. Turnirdə 200-dən artıq zəka sahibi qüvvəsini sınayıb. Yekunda Melis Annaberdiyev rəqiblərini üstəliyərək birinci yerə layiq görülüb. Muxtar respublika təmsilçilərindən Pərviz Qasımov ikinci, Urfan Sevdimalıyev isə üçüncü olub.
Elvin Quliyev