FIFA-nın 70-ci konqresi onlayn qaydada keçiriləcək

A- A A+

Beynəlxalq Futbol Federasiyası (FIFA) 70-ci konqresinin sentyabrın 18-də keçiriləcəyini açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar həmin iclas onlayn qaydada təşkil olunacaq.

Toplantının iyunun 5-də Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilməsi nəzərdə tutulsa da, pandemiyadan sonra iclasın vaxtı sentyabrın 18-nə dəyişdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: