NUHÇIXAN xəbər verir ki, bu gün daha iki qrupda mübarizəyə yekun vurulacaq.
Əvvəlcə C qrupunun qarşılaşmaları oynanılacaq. 1/8 finala vəsiqəni ötən tur təmin etmiş Fransa Danimarka ilə görüşə 1-ci pillədəki yerini qorumaq üçün çıxacaq. “Xoruzlar”a bu matçda heç-heçə də kifayət edəcək. Danimarka isə qalib gəlməyə məcburdu. Əks halda skandinavlar hətta qrupdan çıxmaya da bilər. Avstraliya Peru üzərində qələbə ilə qazanaraq ikinci pilləni ələ keçirə bilər.