“Rusiya 2018”: Argentina millisi səkkizdəbir final mərhələsinə vəsiqə qazana biləcəkmi? - FOTOLAR
İyunun 26-da futbol üzrə XXI dünya çempionatının “D” qrupunda sonuncu turun oyunları start götürüb. Bu qrupda yer alan Xorvatiya millisi səkkizdəbir finala vəsiqəni vaxtından qabaq təmin edib. Pley-offa ikinci vəsiqənin taleyi isə bu gün keçirilən Nigeriya-Argentina və İslandiya–Xorvatiya oyunlarının nəticələrindən asılı olacaq.
NUHÇIXAN xəbər verir ki, Nigeriya-Argentina oyunu “Sankt-Peterburq Arena”da keçirilir.
Nigeriya millisinin heyətində meydana Frensis Uzoxo, Brayan İdovu, Oninie Ndidi, Uilyam Ekonq, Leon Baloqun, Ahmed Musa, Eqenekaro Etebo, Con Obi Mikel, Viktor Mozes, Keleçi İxeanaço və Kennet Omeruo çıxıblar.
Argentina yığmasının start heyətində Franko Armani, Qabriel Merkado, Nikolas Talyafiko, Ever Baneqa, Qonsalo İquan, Lionel Messi, Anxel Di Mariya, Xaver Maskerano, Entso Peres, Markos Roxo və Nikolas Otamendi yer alıblar.
Xatırladaq ki, hesabında 6 xal olan Xorvatiya qrupda birinci yerdə qərarlaşıb. Nigeriya 3 xalla ikinci, hesabında 1 xal İslandiya və Argentina yığmaları üçüncü və dördüncü pillədə yer alıblar.
Qrupun digər oyunu – İslandiya-Xorvatiya matçı isə “Rastov Arena”da keçirilir.
İslandiya yığmasının start heyətində meydana Xannes Xalldoursson, Birkir Sevarsson, Sverrir İnqason, Raqnar Siqurdsson, Yoxan Qudmundsson, Birkir Byarnason, Qilfi Siqurdsson, Alfred Finnboqason, Aron Qunnarsson, Herdur Maqnusson və Emil Xallfredsson çıxıblar.
Xorvatiya yığmasının ilk on birliyində isə Lovre Kaliniç, İvan Perişiç, Vedran Çorluka, Mateo Kovaçiç, Andrey Kramariç, Luka Modriç, Tin Edvay, Due Çaleta-Tsar, Milan Badel, Marko Pyatsa və Yosip Pivariç yer alıblar.
İslandiya-Xorvatiya matçı Azərbaycan Televiziyası, Nigeriya-Argentina oyunu isə İdman Azərbaycan və İctimai Televiziya vasitəsilə canlı yayımlanır.