DÇ-2018: Bu gün Braziliya və Almaniyanın taleyinə aydınlıq gələcək

A- A A+

Rusiyadakı dünya çempionatında bu gün daha 2 qrupda son turun matçları keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, qarşılaşmalar F və E qruplarını əhatə edəcək.

Əvvəlcə F qrupunda Cənubi Koreya - Almaniya və Meksika - İsveç görüşləri təşkil olunacaq. Bu qrupda bütün komandalar 1/8 finala iddialıdır. Hazırda 6 xala malik Meksikaya mərhələ adlaması üçün 3 xalla 3-cü pillədə yer alan İsveçlə görüşdə heç-heçə də yetərlidir. Amerikalılar qələbə qazansa, hələ xalı olmayan Cənubi Koreya 3 xalla 2-ci pillədə qərarlaşmış Almaniya üzərində qələbə qazanaraq, mərhələ adlaya bilər.

Bu qrupla müqayisədə E qrupunda vəziyyət nisbətən qeyri-mürəkkəbdir. 4 xalla qrup lideri olan komandalardan Braziliya 3 xalı olan Serbiya, İsveçrə isə hələ xal toplamayan Kosta-Rika ilə qarşılaşacaq. Serbiya Braziliyaya qalib gələ bilməsə, digər görüşün əhəmiyyəti qalmayacaq. Hərçənd, İsveçrənin Kosta-Rika ilə görüşdən ən azı heç-heçə ilə ayrılmaq imkanları yüksək qiymətləndirilir.

Qeyd edək ki, hələlik 1/8 final cütlərindən 4-ü məlumdur. İyunun 30-da Soçidə Uruqvay - Portuqaliya, Kazanda Fransa - Argentina və iyulun 1-də Moskvadakı "Lujniki" stadionunda İspaniya - Rusiya, Nijni-Novqorodda Xorvatiya - Danimarka görüşləri keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: