Koronavirus pandemiyası 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına hazırlıqlara təsir göstərməyib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax qurumun İcraiyyə Komitəsinin iclasından sonra keçirilən videokonfransda bildirib.
O, qeyd edib ki, Pekində 2022-ci ildə baş tutacaq Qış Olimpiya Oyunlarına hazırlıq çox yaxşı gedir. Qış idman növləri üzrə beynəlxalq federasiyaların iştirakı ilə koordinasiya komissiyasının növbəti iclası iyunda keçiriləcək. Pekinə BOK tərəfindən göstərilən dəstək davam edəcək.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarının Pekində 2022-ci il fevralın 4-dən 20-dək keçirilməsi planlaşdırılır.