İngiltərədə Premyer Liqanın bərpa tarixi hələ də müzakirə mövzusudur. Çempionşipin əsas çempionatdan tez başlanacağı gözlənilir. Bu haqda Britaniya mediasında xəbərlər yayılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, son xəbərlərdə Premyer Liqanın iyunun 12-də deyil, 1 həftə sonra bərpa olunacağı bildirilir. Səbəb isə budur ki, futbolçular göstərilən tarixə kimi tam hazır ola bilməyəcəklər. Komandaların demək olar ki, hamısının məşqçiləri eyni fikir söyləyərək, oyunların bir qədər gec başlanmasını təklif ediblər.
Martın 13-də yarımçıq dayandırılan Premyer Liqada hələlik 29 oyundan 82 xal toplayan “Liverpul” turnir cədvəlində birinci pillədə yer alıb. Bir oyun az keçirən “Mançester Siti” liderdən 25 xal geri qalır.
Qeyd edək ki, İngiltərə çempionatının aşağı liqası Çempionşipdə mübarizə daha tez bərpa oluna bilər. Bu yarışın iyunun 6-dan davam etdirilməsi gündəmdədir. Hazırda bu liqada çıxış edən komandalar rəsmi şəkildə tibbi təhlükəsizlik protokolunun təsdiqlənməsini gözləyirlər. Çempionşipdə 37 oyundan sonra “Lids Yunayted” 71 xalla liderdir. Bir xal fərqlə geri qalan “Vest Bromviç” də Premyer Liqaya yüksəlməyə əsas namizədlərdəndir. İlk üçlüyü 64 xalla “Fulhem” tamamlayır.