Türk Şurası IV Dünya Köçəri Oyunlarının vaxtının dəyişdirilməsi ilə bağlı bəyanat yayıb - FOTOLAR
Əminliklə ifadə edirik ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzvləri Türkiyədə keçiriləcək IV Dünya Köçəri Oyunlarında xalqlarımızın ortaq mirasına layiqli şəkildə fəal iştirak edəcəklər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ifadə Türk Şurasının yaydığı bəyanatda əksini tapıb. Baş katib Bağdad Amreyevin imzası ilə yayılan sənəddə Dünya Köçəri Oyunlarının təsis olunması, məqsədi və keçdiyi inkişaf yoluna nəzər salınır. Qeyd olunub ki, yeni növ koronavirus (COVID-19) infeksiyası səbəbindən VI Dünya Köçəri Oyunlarının vaxtı 2021-ci ilə dəyişdirilib.
Qeyd edək ki, Türk Şurasına üzv ölkələrin dövlət başçılarının 2018-ci ildə Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən VI Zirvə görüşündə dördüncü IV Dünya Köçəri Oyunlarının 2020-cı ildə Türkiyədə təşkil olunmasına dair qərar qəbul olunub.