Avropa çempionatında Azərbaycanın 100-dən çox şahmatçısı mübarizəyə başlayır

A- A A+

Mayın 16-da rapid üzrə onlayn Avropa çempionatı start götürür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 49 ölkədən 4 mindən çox şahmatçının qatıldığı yarışda Azərbaycan 100-dən artıq şahmatçı ilə təmsil olunur.

Qitə çempionatı A, B, C, D, E qrupları üzrə keçirilir. Yarışın ən güclü E qrupunda reytinqi 2300-dən yuxarı olan 278 şahmatçı iştirak edir ki, onlardan da 140-ı qrossmeysterdir. Həmin qrupda 11 şahmatçımız mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: