“Mançester Siti” klubu “Milan”ın futbolçusunu transfer etmək istəyir

A- A A+

“Mançester Siti” klubu yay transfer pəncərəsində növbəti hədəfini açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, “şəhərlilər” Milan təmsilçisinin yarımmüdafiəçisi İsmayıl Bennaseri əldə etmək istəyirlər. Mançester təmsilçisi bu transferi klubdan gedəcəyini açıqlayan ispaniyalı yarımmüdafiəçi David Silvanın əvəzedicisi kimi baxır.

“Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola əlcəzairli futbolçunu heyətə qatmaqda şəxsən maraqlıdır. O, 22 yaşlı yarımmüdafiəçinin inkişafını uzun müddətdir izləyir və tezliklə onu klubda görmək istəyir.

Xatırladaq ki, İ.Bennaser İtaliya A Seriyasının cari mövsümündə 20 matç keçirsə də fərqlənə bilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: