Qadın həndbolçularımızın dünya çempionatının ilk təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

A- A A+
Gələn il noyabrın 29-dan dekabrın 15-dək Yaponiyada təşkil olunacaq qadın həndbolçular arasında dünya çempionatının ilk təsnifat mərhələsinin püşkü atılıb. NUHÇIXAN Avropa Həndbol Federasiyasına istinadla xəbər verir ki, Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən püşkün nəticəsinə əsasən, 16 komanda dörd qrupda yarışacaq. Azərbaycan həndbolçuları dördüncü qrupda Türkiyə, Makedoniya və İslandiya təmsilçiləri ilə üz-üzə gələcəklər. Qrup liderləri gələn ilin iyununda keçiriləcək pley-off mərhələsində mübarizə aparmaq hüququ qazanacaqlar. İyirmi dörd komandanın yarışacağı dünya çempionatında Avropanı 13 yığma təmsil edəcək. Fransa 2017-ci ildə qazandığı çempionluqla artıq mundialda yerini təmin edib. Digər iştirakçılar isə Fransada keçiriləcək “EHF EURO 2018” turnirində ilk üçlükdə qərarlaşan millilər və Avropa pley-off mərhələlərində növbəti mərhələyə yüksələn doqquz yığma olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: