Şahmatın blits növü üzrə onlayn Azərbaycan-Türkiyə dostluq görüşü keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə “Evdə qal, şahmat oyna” devizi altında keçirilən internet üzərindən yarışlar davam edir.

Bu gün Azərbaycan və Türkiyə zəka sahibləri arasında növbəti dostluq görüşü keçirilib. Blitz turnirdə muxtar respublikanın, Bakı şəhərinin “Grand Master” Şahmat Klubunun, Quba şəhər Şahmat Məktəbinin və Türkiyənin Hatay şəhərinin “Şah” Şahmat Klubunun şahmatçıları mübarizə aparıblar. lichess.org portalında keçirilən turnirdə 50-dən çox zəka sahibimiz “güclərini sınayıb”.

Qeyd edək ki, turnirdə iştirak edən zəka sahibləri Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının saytından (chess.nax.az) istifadə ediblər.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa rayon bölməsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbində rayonun ümumtəhsil məktəblərinin I-IX sinif şagirdləri arasında onlayn dərslər keçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: