DÇ-2018-in qızıl medallarından biri hərracda satılıb

A- A A+

Futbol üzrə 2018-ci ildə Rusiyada keçirilən Dünya Çempionatının qızıl medallarından biri hərraca çıxarılıb.

NUHÇIXAN İnformasiya AgentliyiNin "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə "Julien's Auctions" auksion evindən bildiriblər.

Məlumata əsasən, 2018-ci ilin Dünya Çempionatının qalibi olan Fransa yığmasının oyunçularından birinin qızıl medlaı hərracda 65 950 avroya satılıb.

Medalın sahibinin kimliyi barədə məlumat verilmir.

Xatırladaq ki, Rusiyada keçirilən Dünya Çempionatının finalında Fransa yığması Xorvatiya yığması üzərində qələbə qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: