Portuqaliya çempionatının bərpa olunacağı tarix açıqlanıdı

A- A A+

Portuqaliya çempionatının hazırki mövsümünün bərpa ediləcəyi tarix açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Portuqaliya çempionatı iyunun 3-də başlanacaq. 33-cü tura qədər keçiriləcək görüşlərin cədvəli də məlumdur.

Belə ki, iyunun 3-də start götürəcək 25-ci turun ilk oyun günündə "Portimonensi" komandası "Jil Visente" ilə, "Famalikan" futbolçuları "Portu" kollektivi ilə qarşılaşacaq.

Portuqaliya çempionatında mövsüm koronavirus pandemiyasına görə martın ortalarında dayandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: