"Real"ın baş məşqçisi Zinəddin Zidan "Squawka" versiyasına görə Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi adlandırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, buna səbəb onun baş məşqçi kimi uğurlarıdır.
Zidan yeganə məşqçidir ki, çempionatın üç liqasını ardıcıl udmağa müvəffəq olub. Üç qələbə 2016, 2017 və 2018-ci illərdə qazanılıb. Zidan Çempionlar Liqası çərçivəsində ümumilikdə 26 matçı udub.
Siyahıda ikinci yerdə "Mançester Siti"nin hazırkı baş məşqçisi Xosep Qvardiola qərarlaşıb. O, “Barselona”nı Çempionlar Liqasında iki dəfə (2009 və 2011-ci illər) qələbəyə apamağı bacarıb.
Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçilərin siyahısında ilk üçlüyü “Everton”un hazırkı baş məşqçisi Karlo Ançelotti qapayıb. O iki klubla – “Real”la və “Milan”la Çempionlar Liqasını udmağa nail olub. Ançelotti 2003 və 2007-ci illərdə “Milan”ı və 2014-cü ildə isə "Real”ı qələbəyə aparıb.