İyunun 27-də - Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının on dördüncü günündə “F” qrupunda mübarizəyə yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, bu qrupun sonuncu turunda mundialda sensasiya qeydə alınıb. Belə ki, dördqat dünya çempionu, sonuncu mundialın qalibi Almaniya yığması Cənubi Koreyaya 0:1 hesabı ilə məğlub olaraq qrupdan çıxa bilməyib.
Qrupda Meksika ilə İsveç və Cənubi Koreya ilə Almaniya komandaları qarşılaşıblar.
“F” qrupunda bütün komandaların səkkizdəbir finala yüksəlmək şansı qaldığından qarşılaşmalar gərgin idman mübarizəsi şəraitində keçib. Səkkizdəbir finala yüksəlmək üçün mütləq qalib gəlməli olan Almaniya nəinki bu istəyinə nail olmayıb, son dəqiqələrdə buraxdığı qolla qrupdan çıxa bilməyib. Belə ki, Cənubi Koreya yığması oyunda qalib gəlmək üçün hücuma atılan dördqat dünya çempionlarını əks-hücumda yaxalarayaraq hesabı açıblar. Oyuna əlavə olunmuş vaxtda cənubi Koreya yığması iki top vuraraq oyunda qalib gəlib – 2:0.
Digər oyunda isə İsveç millisi Meksika yığmasın 3:0 hesabı ilə məğlub edərək qrup birincisi kimi səkkizdəbir finala yüksəlib. Qrupda 6 xalı olan Meksika yığması isə ikinci pillədə qərarlaşaraq “F” qrupunda səkkizdəbir finala vəsiqə qazanan ikinci komanda olub.
Beləliklə, dördqat dünya çempionu və sonuncu mundialın qalibi Almaniya yığması “Rusiya 2018” ilə vidalaşıb.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.